Sincab


Sincablar, daha çox Avropa qitəsindəki meşələrdə yaşayarlar. Boyları 25 sm-dir. Bədənlərinin arxasında, az qala öz boyları qədər uzun, yuxarı doğru qalxan, geniş və gur tüklərdən ibarət olan quyruqları olur. Sincab bu uzun quyruğu sayəsində tarazlığını saxlayaraq ağacdan ağaca tullan bilir. Kiçik iti dırnaqları sayəsində ağaclara dırmaşa bilən sincab bir budağın üstündə qaça, başı aşağı sallana və eyni zamanda o şəkildə irəliləyə bilər. Xüsusilə boz sincablar bir ağacın ən ucdakı budağından 4 metr uzaqdakı bir başqa ağacın budağına rahatlıqla tullana bilirlər. Havada uçarkən qollarını və ayaqlarını açaraq bir paraşut kimi hərəkət edirlər. Bu zaman yastılaşan quyruqları isə həm tarazlıqlarını təmin edir, həm də istiqamətlərini nizamlayan bir sükan funksiyası yerinə yetirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa atıb dörd ayaq üzərinə yerə yavaşca enə bilirlər. Bəs görəsən sincablar bu çətin hərəkətləri etməyi nece bacarırlar? Bütün bunlar sincabın arxa ayaqlarını, məsafələri çox yaxşı nizamlaya bilən iti gözlərini, güclü pəncələrini və tarazlığını qoruyub saxlamağa kömək edən  quyruğunu məharətlə istifadə etməsi nəticəsində olur.


 

Şərhlər