Pinqvinlər


Cənub Qütb Bölgəsində, Antarktika adaları, Yeni Zelandiya, Avstraliya, Cənubi Afrika, Cənubi Amerika, Qalapaqos sahillərində yaşayan uça bilməyən, dimdik dayana bilən, qarlar üstündə sinələri üzərində dayana bilən çox yaxşı üzgüçü, pərdə ayaqlı dəniz quşlarıdır. Yumurtlama üçün quruya çıxarlar. Mürəkkəb balığı, qabıqlı və balıq ovlayaraq bəslənərlər. Ömrü: 30-35 ildir. Şimal qütbündə rast gəlinmirlər. Əvvəllər Antarktika quşları olaraq bilinərdilər. Böyüklük baxımından 30-105 sm arasında dəyişik 17 qədər növü bilinməkdədir. Ən iriləri olan İmperator pinqvini 45 kq ağırlığına çatır. İsti bölgələrə doğru getdikcə boyları kiçilir. Tükləri quş tüklərinə heç bənzəməz. Kürəkləri qara və ya boz, qarın hissləri isə ağ incə tüklərlə örtülüdür. Başlarındakı rəng tükləri ilə növlər bir-birindən ayrılmaqdadır. Quyruqları qısa və ayaqları bədənlərinin gerisində olduğundan rahatlıqla dimdik ayaqda dayana bilərlər. Quruda asta-asta yerimələrinə baxmayaraq, suda sürətlə üzərlər Hətta lazım olduğunda bu sürətlərini iki qat artıra bilərlər.
Qanadlarının köməyi ilə xizək kimi sürüşərək, qarların bir neçə yüz kilometr içərilərinə gedə bilərlər.Yalnız artma mövsümlərində yumurtlama üçün quruya çıxarlar. Bədənlərini örtən sıx tüklər və dəri altlarındakı qalın yağ təbəqələri ilə Antarktikanın sıfır dərəcəli dondurucu soyuqlarından qorunarlar. Bədən istiliklərini nizamlayan avtomatik bir mexanizmə sahibdirlər. Lazım olduğunda qan damarlarıyla dəriyə gedən qanı azaldaraq, yüksəldərək və tüklərini dikləşdirərək bədən istiliklərinə nəzarət edərlər.
Bədənlərindəki tük, yağ, bol qidalardan əldə etdikləri enerji və idarə mexanizmləri ilə 80 ° C'lik istilik fərqinə dözə bilirlər. Antarktikanın kral pinqvinləri gündə ortalama 140 dəfə suya tullanırlar. Bunun ancaq yüzdə onunda ov tuta bilirlər. Kürt dövrlərində bəzi növlər, dörd aya yaxın bir müddətdə aclığa dözə bilərlər. Bu dövrdə ağırlıqları yarı yarıya düşər. Antarktika xaricində yaşayanların, su axıntıları və üzən buzlarla Cənub qütbündən gəldikləri zənn edilməkdədir.
Artma dövrələrində yüz minlərlə fərddən hasil olan kürt koloniyaları meydana gətirərlər. Yuva edənləri 2-3 yumurta yumurtlayar.İmperator (Aptenodytes forstei) və kral pinqvin (A. patagonica) isə yuva etmədiklərindən bir yumurta yumurtlayar və tək yumurtalarını ayaqları üzərində və qarınlarının altındakı kürt dərisinin altında mühafizə edərək soyuqdan qoruyarlar.


 

Şərhlər