Balina


Heyvanlar aləminin ən nəhəngi göy balinadır. Onun uzunlugu 33 m, kütləsi isə 190 t çatır. Başqa sözlə desək, 25 fil, 150 öküz ağırlığındadır, onun təkcə dili 10 ton, ürəyi 600-700 kq-dır. Bağırsaqlarının uzunluğu 4 km-dən çoxdur. Saatda 30-40 km sürətlə üzür. Bir balinadan 50 tonadək yağ alınır. 1700 at gücünə malikdir. Bu da bir parovozun gücü qədərdir. Gündə 2-4 ton qida yeyir. Körpə balina hər gün öz çəkisini 80-100 kq artırır. Yeni doğulmuş balinanın çəkisi iri filin çəkisindən çox, yəni 5 tona yaxın olur. Göy balina ən kiçik su heyvanları ilə, xüsusən kiçik dəniz xərçəngləri ilə qidalanır.


 

Şərhlər