Dostluq qaydaları

Bəs sən necə düşünürsən, əsl  dost necə olmalıdır?

Tapşırıq Əsl dostluğun qaydaları:
       
  1. Hər zaman  dostuna kömək et, işlərin və sözlərin ilə onlara dəstək ol, xüsusilə də, əgər  o, çətin vəziyyətə düşübsə onu tək qoyma!
  2.  
  3. Sənə məxsus  olan  hər şeyin ən yaxşısını çalış dostun  ilə bölüş: oyuncaqlarını, kitablarını, şirniyyatlarını, maraqlı məlumatları.
  4.  
  5. Əgər  dostunda  olan  hər hansı bir şeydən səndə yoxdursa,  ona paxıllıq  etmə. Paxıllıq pis məsləhətçidir.
  6.  
  7. Dostuna həmişə  düzünü de, heç vaxt onu aldatma, hətta cüzi məsələlərdə belə ona yalan danışma.  Əgər sən dostunu bir dəfə də olsa  aldatsan o, bir daha sənə etibar etməyə bilər.
  8.  
  9. Əgər dostuna  hər hansı bir məsələ ilə bağlı söz vermisənsə onu mütləq yerinə yetir. Verdiyi  sözü yerinə yetirməyən insan , heç kimin etibarını qazana bilməz.
  10.  
  11. Dostların ilə  mübahisə etmə, onlara güzəştə getməyə çalış, adi söhbətlərdən ötəri mübahisə  etmə. Amma sənin dostun  pis iş görərsə,  onu bu işdən çəkindir, hətta buna görə mübahisə etsəniz belə onu səhv etməyə  qoyma.
  12.  
  13. Əgər  səhv etmisənsə yaxud da hər hası pis iş görmüsənsə, etdiyini etiraf etməkdə və  hərəkətini düzəltməkdə cəsarətli ol. Deyirlər ki, bu güclü xarakterin əlamətidir.
  14.  
  15. Dostunu  dinləməyə vaxt ayır, onun nə haqda danışmağından asılı olmayaraq: öz problemlərindən  və yaxud sevincinli anlarından. Onun məsləhət və iradlarını sakit qəbul et: onlar sənin xeyrinə ola  bilər, axı kənardan hər şey daha yaxşı görünür.
  16.  
  17. Əgər sən  hansısa səbəbə görə dostundan incimisənsə,  çalış onunla danışasan, hər şeyi aydınlaşdırasan və tezliklə onu bağışlayasan.Ürəyində  inciklik saxlama.
     

İki yoldaş

İki yoldaş meşədə gəzirdi. Birdən onların qarşısına ayı çıxdı.  Uşaqlardan biri tez ağaca dırmaşdı. O birisi  isə qaça bilmədi. Yerə uzanıb özünü ölülüyə  vurdu. Ayı uşağa yaxınlaşıb onu iylədi. Oğlanı ölmüş bilib getdi.
Ayı gedəndən sonra ağacdakı uşaq yerə düşüb gülə-gülə dostundan  soruşdu:
- Ayı  sənə nə dedi? Oğlan belə cavab verdi:
- Ayı  mənə dedi ki, dost dostunu darda qoyub qaçmaz.

 

 Baxıldı:773

 

Şərhlər