Uşaq bağçasında özünü necə aparmaq lazımdır?

Yəqinki sən uşaq bağçasına gedirsən və ora sənin xoşuna gəlir. Bağçada sənin çoxlu dostların var, siz oynayırsınız, birlikdə gəzirsiniz, rəsm çəkirsiniz, bir sözlə- bir çox maraqlı şeylər edirsiniz.
- Səhər valideynlərin ilə birlikdə sakit oyanmağa və ağlamamağa çalış: Sənin göz yaşların ana və atanı pərişan edəcək. Yadda saxla ki, bağçada sənə maraqlı olacaq, axşam isə sənin doğmaların səni aparmağa gələcək və sənin onlara danışacaq maraqlı əhvalatların olacaq.
- Bağçaya şirniyyat gətirmə, xüsusilə də tək özün üçün şirniyat gətirib yemək düzgün deyil: əgər sən şirniyyatları dostların ilə bölüşməsən, bu digər uşaqların xətrinə dəyəcək.
- Həmişə tərbiyəçiyə qulaq as və ona qarşı kobudluq etmə. O, sənə və qrupdakı digər bütün uşaqlara görə məsuliyyət daşıyır və bilir ki, siz gün ərzində nə etməlisiniz: nə zaman oynamalı, nə zaman yemək yeməli, nə zaman istirahət etməli, nə zaman gəzintiyə çıxmalısınız.
- Qrupdakı uşaqlar ilə mübahisə etmə, onları itələmə, dalaşma. Hamı ilə mehriban olmağa çalış, dostların ilə oyuncaqlarını bölüş, zəif olanlara kömək et.
- Özünü masa arxasında nəzakətli apar. Yeməkdən öncə əllərini yu, ymeəyini səliqəli ye, bağlı ağızla yeməyi çeynə, yemək yeyərkən danışma, yeməkdən sonra ağzını salfet ilə sil.
- Çalış hər şeyi vaxtı-vaxtında edəsən, digər uşaqları məşğuliyyətlərindən saxlamayasan. Yemək yeyərkən ləngimə , cəld geyin ki, qrup gəzintiyə çıxarkən səni gözləməli olmasın.
- Heç vaxt tanımadığın insanlar ilə danışma, onlardan heç nə alma. Əgər sən uşaqlardan birinin tanımadığı biri ilə ünsiyyət qurduğunu görsən, mütləq bu barədə tərbiyəçiyə məlumat ver.
Şəkilə bax və de: Uşaqlar özünü düzgün aparır?

Baxıldı:548


sevgi
Facebook
Twitter