Qonaqlıqda özünü necə aparmaq lazımdır?

Sən yəqin ki, qonaq getməyi və evində qonaq qəbul etməyi çox sevirsən. Bəs qonaq və yaxud da ev sahibi olduğun zaman özünü necə aparmalı olduğunu bilirsən?
1. Dəqiq təyin edilmiş vaxtda qonaq getmək lazımdır. Əgər çağrılan qonaqlar geciksə və ev sahibi hər birini gözləsə, o zaman şənlik baş tutmaya da bilər.
Əbəs yerə demirlər ki, dəqiqlik kralların nəzakətidir.
2. Qonaq olarkən, qonaqlığı (yemək-içməyi), bayramın proqramını , evin şəraitini və ev sahibinin zövqünü tənqid etmək nəzakətsizlikdir.
3. Əgər sən qonaq gəlmisənsə, o zaman ev sahibi və digər qonaqlar ilə ünsiyyət qurmalısan. Qonaqlıq maraqsız keçsə belə bir küncdə tənha oturaraq qonaqlığın sıxıcı olduğunu hiss etdirməməlisən.
4. Evdə olan əşyalara toxunmaq ,onların qiyməti barədə soruşmaq, hər hansı bir əşyanı hədiyyə verməyi xahiş etmək olmaz. Xüsusilə də, başqasının əşyasını icazəsiz götürmək və özün ilə aparmaq olmaz.
5. Qonaq getdiyin yerdə çox qalma: sən özün də evə vaxtında qayıtmalısan, eyni zamanda ev sahibləri də qonaqlıqdan sonra dincəlmək istəyirlər. Getməzdən öncə mütləq ev sahiblərinə qonaqpərvərlikləri üçün təşəkkür et.
Ev sahibinin davranış qaydaları:
- Qonaqları gülərüz və səmimiyyətlə qarşıla, hətta sənin əhvalın pis olsa belə, mehriban və sevincli olmağa çalış.
- Elə et ki, qonaq sənin evinə tez uyğunlaşsın və sıxıntı çəkməsin.
- Çalış qonaqları maraqlı, əyləncəli proqram ilə məşğul edəsən ki, şənlik ancaq masa arxasında oturmaqla keçməsin. Bütün qonaqlar üçün maraqlı olacaq şənlik proqramı fikirləşməyə çalış.
- Bütün qonaqlara vaxt ayır ki, heç kim özünü diqqətdən kənar hiss etməsin.
- Əgər qonaq çox oturarsa, çox nəzakətli formada ona anlatmağa çalış ki, artıq evə getmək vaxtıdır.
Baxıldı:744


sevgi
Facebook
Twitter