Tərbiyəli piyada

Yolda təhlükəli  vəziyyətlərə düşməmək üçün bəzi qaydaları mütləq bilmək və onlara riayət etmək  lazımdır.

 

Tapşırıq Piyadalar yolu keçərkən aşağıdakı qaydalara əməl etməlidir:

     
  1. Piyadalar yalnız səki ilə getməlidirlər, avtomobil yolları  yalnız maşınların hətəkəti üçün nəzərdə tutulub.
  2.  
  3. Yolu keçmək üçün yeraltı keçidlərdən yaxud da  “zebra” adlanan xüsusi piyada keçidlərindən  istifadə etmək lazımdır.
  4.  
  5. Küçəni (yolu) yerüstü keçidlə keçməzdən öncə  işıqfora (svetafora )  baxmaq lazımdır.  İşıqforda piyada üçün yaşıl işıq yandığı zaman   yolu keçmək lazımdır. Əvvəlcə sola baxıb bütün maşınların dayandığına əmin  olduqdan sonra yolu keçmək olar. Yolun ortasına çatdıqda dayanmaq və nəqliyyatın  hərəkətsiz olduğuna əmin olmaq üçün sağ tərəfə baxmaq lazımdır.
  6.  
  7. Dayanmış tramvayın ön tərəfindən, avtobus və  trolleybusun arxa tərəfindən keçmək lazımdır.
  8.  
  9. Qətiyyən yolda yaxud  da maşın yoluna yaxın səkidə oynamaq olmaz.  Oyun oyanmaq, velosiped sürmək və rolikdə gəzinti üçün sakit həyət və parklar  daha uyğundur.

Tapşırıq İctimai  nəqliyyatda özünü necə aparmaq lazımdır?

Təsəvvür et ki, sən ata  yaxud da anan ilə avtobus dayanacağına gedirsən.  Çünki ictimai nəqliyyat vasitəsilə qonaq getməyi  qərara almısınız.
İctimai nəqliyyat nədir?  İctimai nəqliyyatdan təkcə bir insan deyil, çoxlu sayda insanlar istifadə edir. Ona  görə də onlara ictimai nəqliyyat vasitələri deyilir. İnsanlar işə, mağazaya,  uşaq bağçasına, məktəbə ictimai nəqliyyat vasitələri ilə gedirlər.

Tapşırıq Hansı ictimai nəqliyyat  növlərini tanıyırsan?


Bir çox böyük şəhərlərdə  ictimai nəqliyyatın  çoxlu sayda növləri  olur. Bu vasitələrə avtobus, trolleybus, tramvay, metro və s. daxildir. Kiçik şəhərlər  və kəndlər arası  avtobuslar fəaliyyət  göstərir.

İctimai nəqliyyatda özünü aparma qaydaları:

     
  1. Nəqliyyata  minən zaman qarşındakı insanları itələmə, qadınlara və yaşlı insanlara  yol ver.
  2.  
  3. Çıxışda (qapı  tərəfdə) dayanaraq digər sərnişinlərin hərəkətinə (gediş-gəlişinə) mane olma,  salonun ortasında dayan.
  4.  
  5. Balaca  uşaqlara, yaşlı insanlara və şikəstlərə (əlillərə) yer ver.
  6.  
  7. Sərnişinlərin üstünü çirkləndirməmək  üçün  əlində yemək və içki ilə nəqliyyata  minmə.
  8.  
  9. Sərnişinlərə diqqətlə baxma, onları barmaq  ilə göstərmə, onların  davranışını və xarici görünüşü müzakirə etmə.
  10.  
  11. İctimai nəqliyyat  vasitələrində yüksək səslə danışmaq, əl-qolu ilə hərəkət etmək, bərkdən gülmək  və dostlar ilə mübahisə etmək ədəbsizlikdir.
  12.  
  13. Nəqliyyata  daxil olarkən çanta və arxa çantaları çıxarmaq lazımdır  ki, digər sərnişinlərə toxunaraq mane  olmayasan.
  14.  
  15. Adamları itələyə- itələyə özünə yol  açma. Nəzakətli formada sənə yol vermələrini xahiş et.
  16.  
  17. Nəzakətli ol. "Bağışlayın",  "Çox sağolun", Zəhmət olmasa” kimi sözlər səfəri hamı üçün xoş edər.

 

Tapşırıq Şəkilə bax və de uşaqlar özlərini  düzgün aparırlar? Necə rəftar etmək lazımdır?


 

 Baxıldı:857

 

Şərhlər