Düzgün davranış qaydaları

Nəzakətli sözlər

Mədəni insanlar görüşdükləri zaman  bir-biri ilə salamlaşırlar.  “Salam” söyləyərək biz  bir-birmizə sağlamlıq və müvəffəqiyyət arzu edirik. Salamlaşarkən insanın üzünə baxıb gülümsəsən  ona müsbət təsir bağışlayarsan.
İlk olaraq, həmişə kiçiklər (azyaşlılar) böyüklər ilə,  əgər yaş fərqi azdırsa, o zaman kişilər qadınlar ilə,oğlanlar isə qızlar ilə salamlaşır.  Yaşda böyüklər və xanımlar  əlsıxma üçün əlini birinci uzatmalıdırlar.

 

Tapşırıq Şəkilə bax, bu oğlanlar nə deyirlər?


“Zəhmət  olmasa” və  “Xahiş edirəm” sözləri çox vacibdir. Onlar sanki,  sehrli açardır, istənilən qapını açırlar və insanlar böyük məmnuniyyətlə sənin  xahişlərini yerinə yetirirlər.

Tapşırıq Hansı hallarda “Zəhmət olmasa” sözünü işlədirsən?

Kimsə sənin üçün hər  hansı bir yaxşılıq edibsə “Çox sağol” deməyi heç vaxt unutma!
Sənə kimin kömək etdiyi vacib deyil, fərqi  yoxdur  o insan doğma yaxud yaxşı  tanımadığın bir insandır.  Sən yaxşı işləri  heç vaxt cavabsız qoyma.

Əgər sən səhv etmisənsə, yaxud da bilmədən  kiməsə toxunmusansa (yolda gedərkən) mütləq üzr istə. Üzr istəmək çətin bir iş  deyil və üzr istədiyin zaman insanlar   xoşagəlməz əhvalatı tez bir zamanda unudacaq və sənə qarşı qəzəb  saxlamayacaqlar.

Tapşırıq Qızlar bir-birnə nə  deyir?


Hər hansı bir yerdən çıxıb gedərkən,  ordakı insanların hamısını tanıyıb-tanımadığından asılı olmayaraq hər kəslə ilə  sağollaş.
Qonaqları yola salarkən isə “görüşənədək” yaxud da  “yaxşı yol” deyə bilərsən.

 

 Baxıldı:772

 

Şərhlər