Sağlam həyatın sirləri

Həmişə sağlam və  güclü olmaq istəyirsən? O zaman sən mütləq  “Sağlam həyat tərzi qaydalar” ını bilməli və onlara riayət etməlisən.


Beləliklə,

 Qayda № 1:

Təmizlik, təmizlik və bir daha təmizlik!

 


Hər zaman bədənini və geyimini təmiz saxla. Əlləri  mütləq tez-tez yumaq, dişləri gündə iki dəfə (səhər və axşam) təmizləmək və çimmək  lazımdır.
Bundan əlavə ayaqqabı və paltarları  təmizləmək, müntəzəm olaraq yaşadığın mənzili  yğışdırmaq və otağın havasını dəyişdirmək  lazımdır.

Qayda № 2:

Düzgün qidalanma – Sağlamlığa təminat!


Düzgün  qidalanma  sağlam həyat tərzinin əsaslarından  biridir.  
Birincisi,  qidalanma müxtəlif  olmalıdır:  meyvə və tərəvəzlər, ət və balıq məhsulları  yemək lazımdır, sözsüz ki, sıyıq və süd məhsullarını da yaddan çıxartmaq olmaz.
  İkincisi, tələsərək  nahar etmək  olmaz, qidanı yaxşı-yaxşı  çeynəyərək yemək lazımdır.
Üçüncüsü isə həmişə  hər gün eyni vaxtda yemək lazımdır: bu zaman orqanizm faydalı maddələri daha  yaxşı mənimsəyir.

Qayda № 3:

Hərəkət və idman- sağlamlığa gedən yol!


Bacardığın qədər daha çox hərəkət et, asudə  vaxtlarını  isə hərəkətli oyunlar  oynayaraq təmiz havada keçir. Yayda futbol, basketbol və digər top ilə  oynanılan oyunlar oynaya, qışda isə  xokkey,  buz üstündə konki və xizəklə  sürüşmə ilə  məşğul ola bilərsən. 

 

Hər  səhər mütləq idman et, bu zaman sən bütün gün ərzində enerjili və gümrah  olacaqsan. Əgər imkan varsa, ilin soyuq fəsillərində hovuzda, yayda isə çayda  yaxud da dənizdə üz.

Qayda № 4:

Pis vərdişlərdən uzaq ol!


Hər zaman möhkəm  sağlamlığı qorumaq üçün pis vərdişlərdən uzaq olmaq lazımdır. Bu vərdişlərdən ən  pisi siqaret çəkmək, spirtli içki və narkotiklərdən istifadə  etməkdir.
Siqaret çəkmək ağciyərlərə və bütün orqanizmə çox  pis təsir edir. Siqaret çəkən  insan tez yorulur, işin öhdəsindən yaxşı gələ bilmir və tez-tez xəstələnir.Spirtli içkilər mədədə  və digər orqanlarda xəstəliklər əmələ gətirir, orqanizmin  bütün funksiyalarını tamamilə pozur. Amma insan orqanizminə ən böyük zərəri narkotik maddələr vurur. Bu insan orqanizmini dağıdan və tədricən öldürən xüsusi maddədir.  Ən dəhşətlisi odur ki, narkotik maddələr vərdiş halı yaradır və bu maddələrdən bir dəfə istifadə edən şəxs daha sonra onlarsız keçinə bilmir. 

 

 Baxıldı:644

 

Şərhlər