Əlifbamız

Ü ü
Ü ü

Hecalar:

 nü    lü    bü   kü    mü    qü   sü    şü    çü   zü     

ün    ül    üb   ük    üm    üq   üs    üş    üç   üz 
  

Üsyan, ün-van, ü-mid, üç-bu-caq, ü-zük, ü-tü, sü-mük, kük-nar, 

qü-sur, yü-rüş, Ül-vi, Ül-kər, mü-ba-ri-zə



Kür çayı

Azərbaycanın ən bol sulu çayı Kürdür. Kürə çoxlu çaylar axır. Onun son ünvanı Xəzər dənizidir. Kürün üstündə elektrik stansiyaları tikilib. Kürdə qayıqlar, katerlər üzür. Balıqçılar Kürdən balıq tuturlar. Kürdən tutulan balıqların kürüsü çox qiymətlidir.
Kür çayı Azərbaycanın təbii sərvətidir.


Mənbə: "Ana dili dərsliyi"
 

Şərhlər