Qızılqaz
Qızılqaz və ya flaminqo (lat. Phoenicopterus) - Qızılqazkimilər dəstəsinə daxil olan quş cinsi. Nadir, sayı azalmaqda olan, qışlayan və köçəri növdür. Xəzərdə və bütün iri daxili su hövzələrində qışlayır. Ən stabil qışlama yerləri – Böyük Qızılağac körfəzi, Abşeron yarımadasının Şıx sahilləri, Dəvəçi limanı, Şirvan qoruğu, Kürün deltasından cənubda, Ağgöl, Sarısu və Kür-Araz düzənliyinin digər iri gölləri. Dəniz körfəzlərinin açıq dayaz sahillərində, plankton və bentosla zəngin göllərdə yaşayır.




sevgi
Facebook
Twitter