Qutan
Çəhrayı qutan (lat. Pelecanus onocrotalus), qutankimilər dəstəsindən quş növü.
Nadir, sayı azalmaqda olan qışlayan növdür.
Keçmişdə Azərbaycan ovalıqlarının su hövzələrində geniş yayılmışdır. Ancaq görünür ki, indi olduğu kimi keçmişdə də yuvalamırdılar. *Qış mövsümündə Xəzərdə və böyük su hövzələrində, o cümlədən iri su anbarlarında (Mingəçevir, Naxçıvan və s.) rast gəlinir.
1993-1996-cı illərdə Dövlət Ekologiya Komitəsinin apardığı inventarizasiyanın nəticələrinə əsasən 500-550 fərd qeydə alınmışdır.
Sayının dəyişilmə səbəbləri: Su, bataqlıq sahələrinin azalması, qanunsuz ovlanması.
Qorunması üçün zəruri tədbirlər: Quşların qorunmasını qüvvətləndirmək. Qutanların yeni koloniyalarının məskunlaşdığı ərazilərdə mühafizə olunan yasaqlıqların salınması.




sevgi
Facebook
Twitter