Pələng


Pələng (Panthera tigris), Pişiklər (Felidae) fəsiləsindən olan bir məməli heyvan növü və böyük pişiklər ailəsinin dörd üzvündən biridir. Nəhəng yırtıcıdır və vəhşi təbiətdə tapılan ən böyük və ən güclü pişik növüdür. Dünyada təbii mühitdə yaşayan pələnglərin 80%-i Hindistan yarımadasının payına düşür. Şimalda Sibir, cənubda Hindistan ilə Malakka yarımadası arasındakı bölgələrdə olurlar. Hindistanda, Türkiyədə, Çində və bütün Asiyada yaşayarlar. Böyük pişiklər arasında yalnız pələng və yaquar yaxşı üzgüçülərdir. Pələnglər tək ovlanarlar və ilk olaraq maral, çöl donuzu, gaurla bəslənərlər. Buna baxmayaraq arada sırada kiçik ovları da yaxalayarlar. Pələng nə qədər gözəl, qüvvətli və cəld olsa da, bir o qədər ehtiyatlı və qorxaqdır. O öz şikarının üstünə 6-7 m məsafədən və 3 m hündürlüyündə atıla bilər. Güclü pəncəsi ilə böyük maralı və sığını öldürə bilir. Pələng 2-4 bala doğur. Boğazlıq müddəti 112 gündür.


 

Şərhlər