Bala Ceyran

Bahar mal otarırdı. O, yoldaşlarını səslədi. Mürsəlin tulası hoppana-hoppana onun yanından üzüyuxarı getdi. Bahar kollardan tuta-tuta yuxarı qalxanda tulanın atılıb-düşdüyünü, bir ceyran balasının isə sakit dayanıb yazıq-yazıq baxdığını gördü. Uşaq sevindiyindən bilmədi nə eləsin. İrəli yeridi. Bildi ki,ceyran balası qaç- mağa çalışacaq. O, ceyranın qabağını kəsdi. Ceyran yerindən sıçrayıb quş kimi qalxanda bir ayağı Baharın əlinə keçdi. Uşaq arxası üstə yıxılsa da, ceyranı buraxmadı. Ceyran lap körpə idi. Bahar onun zərif boynunu tumarlamağa başladı. Ceyran mələyirdi. Uzaqdan ona səs verdilər. Balasını səsləyən ana ceyranın səsi Baharın kiçik ürəyini kövrəltdi. O, pıçıltı ilə dedi:
Arxayın ol, mən bala ceyranı bəsləyib böyüdəcəyəm.
Baxıldı:1435


sevgi
Facebook
Twitter